• 25 Aprel 2024
logo
Bolqarıstan Rusiyanı ölkənin tanınmış simalarına rüşvət verməkdə ittiham edir

Bolqarıstan Rusiyanı ölkənin tanınmış simalarına rüşvət verməkdə ittiham edir

Bolqarıstan hökuməti Rusiyanı ölkənin tanınmış simalarına rüşvət verməkdə ittiham edir.
"Euroactiv"in verdiyi xəbərə görə, bu barədə Bolqarıstan hökumətinin sözçüsü və Baş nazirin mətbuat katibi Lena Borislavova "Darik" radiosuna deyib.
Borislavovanın sözlərinə görə, Bolqarıstan xüsusi xidmət orqanlarının Rusiya hakimiyyətinin Bolqarıstanın ictimai xadimlərinə, jurnalistlərə və siyasətçilərinə ölkədə rus təbliğatını yaydıqlarına görə ayda təxminən iki min avro ödədiyi barədə məlumatlar var.
O deyib ki, Rusiya dövləti onlara ictimai rəyi formalaşdırmaq üçün pul ödəyib.
"Aİ və NATO-ya tüpürən, habelə Putinin Ukraynadakı hərəkətlərini dəstəkləyən hamınız bunu bilməlisiniz. Siz aldadılırsınız. Sizi buna həvəsləndirənlər pul alırlar. Aylıq”, o əlavə edib.
Mətbuat katibinin sözlərinə görə, bəzi natiqlər ictimaiyyəti çaşdırmağa, yanlış fikir və qorxu ilə oynamağa öyrəşiblər. O, "milli maraq kimi maskalanan" xarici maraqların onun partiyası üçün qırmızı xətt olduğunu vurğulayıb.