• 15 Avqust 2022
logo
Hindistanda şagird avtobusu dərəyə aşıb, 16 nəfər ölüb

Hindistanda şagird avtobusu dərəyə aşıb, 16 nəfər ölüb

Hindistanda avtobus qəzasında ən azı 16 nəfər ölüb.
TASS xəbər verir ki, PTİ agentliyinin yaydığı məlumat görə, hadisə iyulun 4-də səhər Hindistanın şumalında yerləşən Himaçal ştatının Kulu rayonunda baş verib.
İçərisində şagirdlər olan avtobus dağ yolunda hündürlükdən dərəyə aşıb. İlkin ehtimala görə, qəzaya sürücünün mürəkkəb dağ yolunda idarəetməni itirməsi səbəb olub.
NDTV xəbər verir ki, qəza zamanı avtobusda 40 şagird olub, onlar məktəbə gedirmiş.
Hadisə yerində xilasetmə işləri davam edir. Ölü sayının artacağı ehtimal olunur.
Yaralılara lazımı tibbi yardım göstərilir.