• 19 Aprel 2024
logo
Özbəkistan parlamenti Qaraqalpaqın statusunun saxlanmasını dəstəkləyib

Özbəkistan parlamenti Qaraqalpaqın statusunun saxlanmasını dəstəkləyib

Özbəkistan parlamenti Qaraqalpaq Muxtar Respublikasının suveren statusunun saxlanılmasını dəstəkləyib.
Lenta.ru xəbər verir ki, bununla bağlı müddəa Konstitusiya dəyişikliyi layihəsində yer alıb.
Bundan başqa, Konstitusiyaya dəyişikliklə bağlı ictimai müzakirələrin daha 10 gün uzadılaraq iyulun 15-nə qədər aparılmasına qərar verilib.
Qeyd edək ki, təklif edilən yeni layihədə Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin ölkə Konstitusiyasından çıxarılması təklif edilirdi.
Bu maddənin Konstitusiyadan çıxarılması təklifinə etiraz olaraq iyulun 1-də Qaraqalpaqın paytaxtı Nukus şəhərində qanunsuz aksiyalar keçirilib. Aksiyanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb, mitinqin təşkilatçıları tutulub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev daha sonra bölgəyə səfər edib.
İyulun 3-dən avqustun 2-dək Qaraqalpaq Muxtar Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.