• 19 Aprel 2024
logo
Rusiyanın Baş Qərargah rəisi Ukrayna ilə müharibə aparan qoşun qruplaşmalarında yoxlama aparıb

Rusiyanın Baş Qərargah rəisi Ukrayna ilə müharibə aparan qoşun qruplaşmalarında yoxlama aparıb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya qoşun qruplaşmalarına baxış keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
"Ordu generalı Valeri Gerasimov xüsusi hərbi əməliyyatın tapşırıqlarının yerinə yetirilməsi zamanı qoşunların tətbiqi ilə bağlı komandirləri, eləcə də müxtəlif istiqamətlərdə Rusiya qruplaşmaların hərəkətlərinə döyüş dəstəyi məsələləri ilə bağlı digər rəsmilərin məruzələrini dinləyib.
Bundan başqa, Gerasimov komanda məntəqələrində işləyərkən qoşunların və qüvvələrin spesifik qruplaşmalarının zərbə imkanlarının artırılması üçün avtomatlaşdırılmış döyüş idarəetmə sistemlərindən istifadəyə xüsusi diqqət yetirib", deyə Rusiya MN-nin məlumatında qeyd olunub.