• 19 Aprel 2024
logo
ÜST Avropanı təcili tədbir görməyə çağırıb

ÜST Avropanı təcili tədbir görməyə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxanların artmasına görə Avropa ölkələrini təcili tədbir görməyə çağırıb.
“Belga” agentliyinin xəbərinə görə, qurum son 2 həftədə qitədə yoluxma sayının 3 dəfə artdığını bildirib.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Kluqe bildirib ki, xəstəliyin arealının genişlənməməsi üçün Avropa ölkələri yaxın aylarda səyləri gücləndirməlidir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün təcili və koordinasiyalı işə ehtiyac var.
Qurumun statistikasına görə, Avropada 4 500 nəfərin meymunçiçəyinə yoluxmas təsdiqlənib. Dünyadakı yoluxmaların 90%-i məhz bu qitədədir.