• 19 Aprel 2024
logo
Ukrayna Təhlükəsizlik Şurası: Bizi çox ağır müharibə gözləyir

Ukrayna Təhlükəsizlik Şurası: Bizi çox ağır müharibə gözləyir

Ukraynanın müdafiəsi üçün daha çox silah, xüsusən ağır silahlar lazımdır.
Unian.net xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksey Danilov deyib.
O, Rusiyanın hələ də ağır silahlarda ciddi üstünlüyə malik olduğunu bildirib:
“Qərbli tərəfdaşlarımızdan xeyli silah alırıq. Amma Ukraynanın müdafiəsi üçün daha çox silah, uzağı vuran artilleriya, yalım atəşi sistemləri və s. ağır silahlara ehtiyac var”.
Danilov Ukraynanı çox ağır müharibənin gözlədiyini və verilən dəstəyin hələ də kifayət qədər olmadığını əlavə edib.