• 25 Aprel 2024
logo
Mariupolda daha bir kütləvi məzarlıq tapılıb

Mariupolda daha bir kütləvi məzarlıq tapılıb

Mariupolda daha bir kütləvi məzarlıq tapılıb.
Unian.net xəbər verir ki, bu barədə Mariupol merinin məsləhətçisi Pyotr Andryuşenko söyləyib.
“Yeni kütləvi məzarlıq Mariupolun sol sahilində, Kievskaya 53, küçəsində tapılıb. Yenə daha 100-dən artıq cəsəd tapılıb. İşğalçılar yenə də dağıntıları təmizləyir və cəsədlərin yenidən dəfni barədə söhbət belə getmir”.
O, Maripulda eksqumasiya prosesinin tamamilə dayandırıldığını da əlavə edib.