• 23 Aprel 2024
logo
Ukrayna bu gündən Rusiya vətəndaşlarına viza rejimi tətbiq edib

Ukrayna bu gündən Rusiya vətəndaşlarına viza rejimi tətbiq edib

Ukrayna iyulun 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edib.
Ukrayna Nazirlər Kabinetinin Rusiya ilə viza rejiminin tətbiqinə dair bu il iyunun 17-də qəbul etdiyi qərar bu gündən qüvvəyə minib.
Qeyd edək ki, may ayının sonlarında Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə viza rejiminin tətbiqinə dair vətəndaşların təşəbbüsünü dəstəkləmişdi.