• 25 Aprel 2024
logo
Rusiyada pandemiya ilə bağlı qadağalar aradan götürülüb

Rusiyada pandemiya ilə bağlı qadağalar aradan götürülüb

Rusiyada pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər, o cümlədən maska rejimi və iaşə müəssisələrinin gecə işləməsi qadağası aradan qaldırılıb.
Bu barədə Rospotrebnadzor məlumat yayıb.
"Epidemioloji prosesin intensivliyinin davamlı azalması ilə əlaqədar Rospotrebnadzor əvvəllər tətbiq edilmiş məhdudiyyətləri, o cümlədən maska rejimi, iaşə obyektlərinin gecə işləməsi qadağası və bir sıra digər tədbirləri dayandırır", - deyə qurumun mətbuat xidmətinin məlumatında qeyd olunub.
Son dörd ayda Rusiyada COVID-19 epidemiyası prosesinin intensivliyində davamlı olaraq azalma müşahidə olunub. Həftəlik yoluxma səviyyəsi fevralın ortalarında maksimumdan 64 dəfədən çox azalıb və hazırda pandemiyanın başlanğıcından bəri ən aşağı səviyyədədir.