• 20 Aprel 2024
logo
Ukraynanın Odessa əyalətinə endirilən raket zərbəsi nəticəsində 14 nəfər ölüb

Ukraynanın Odessa əyalətinə endirilən raket zərbəsi nəticəsində 14 nəfər ölüb - YENİLƏNİB 

Rusiyanın Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb.
UNİAN xəbər verir ki, raket hücumu nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, 3-ü uşaq olmaqla daha 30 nəfərin yaralandığını bildirib.
Dağıntılar altından 3-ü uşaq olmaqla 7 nəfər xilas edilib.
***
Saat 05:09

Rusiya ordusu Ukraynanın Odessa vilayətini raket atəşinə tutub.
UNİAN xəbər verir ki, raketlərdən biri çoxmərtəbəli yaşayış binasına və istirahət mərkəzinə düşüb.
“Odessa vilayətində Qara dəniz istiqamətindən raket hücumu həyata keçirilib. Raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestrovsk rayonundakı istirahət mərkəzinə düşüb. Yaşayış binasının bir girişi tamamilə dağılıb”, - deyə məlumatda deyilir.
Xilasedicilər dağıntılar altından 10 nəfərin meyitini çıxarıb. 3-ü uşaq olmaqla 7 yaralıya tibbi yardım göstərilib.
İstirahət mərkəzində dağıntı olsa da ölən olmayıb.