• 24 Aprel 2024
logo
Bayden: “Putin NATO-nu zəiflətməyə çalışdı, lakin indi heç istəmədiyi şeyləri görür”

Bayden: “Putin NATO-nu zəiflətməyə çalışdı, lakin indi heç istəmədiyi şeyləri görür”

Putin Transatlantik alyansı parçalaya biləcəyini düşünürdü.
Bu barədə ABŞ Prezidenti Co Bayden NATO-nun Madrid Sammitinin yekunlarına dair brifinqdə bildirib.
“O (Putin), bizi zəiflətməyə çalışdı. Bizim əzmimizin sınacağını gözlədi, lakin indi heç istəmədiyi şeyləri görür”, - Bayden əlavə edib.
ABŞ lideri vurğulayıb ki, müttəfiqlər indi heç vaxt olmadıqları qədər yaxın və birlikdədir.
“İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə biz daha da güclənəcəyik. Bu iki ölkənin ciddi hərbi gücü var”, - Bayden diqqətə çatdırıb.