• 29 Noyabr 2020
logo
Qazaxıstanda qəzaya uğramış təyyarənin ilkin istintaq nəticələri bu tarixdə açıqlanacaq

Qazaxıstanda qəzaya uğramış təyyarənin ilkin istintaq nəticələri bu tarixdə açıqlanacaq

Qazaxıstanda “Bek Air” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqın ilkin nəticələrinin 2020-ci il yanvarın 10-dək açıqlanacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın Baş naziri Askar Mamin qəza ilə bağlı yaradılmış hökumət komissiyasının iclasında deyib.

İclas zamanı ölkənin Daxili İşlər Nazirliyinə hadisənin tam araşdırılması, Səhiyyə Nazirliyinə xəsarət alanların müalicəsi üçün zəruri tədbirlər görmək tapşırılıb.

Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.