• 8 Avqust 2022
logo
Şoyqu Ukraynada müharibədə iştirak edən qoşun qruplaşmasında yoxlama aparıb

Şoyqu Ukraynada müharibədə iştirak edən qoşun qruplaşmasında yoxlama aparıb

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada xüsusi əməliyyatda iştirak edən qoşun qruplaşmasında yoxlama aparıb.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Rusiya qruplaşmalarının komanda məntəqələrində Sergey Şoyqu komandirlərin hazırkı vəziyyəti və Rusiya Silahlı Qüvvələrinin əsas əməliyyat bölgələrindəki hərəkətləri haqqında məruzələrini dinləyib.
Şoyqu hərbi əməliyyatlara hərtərəfli dəstəyin təşkilinə, habelə müvəqqəti dislokasiya məntəqələrində Rusiya hərbçiləri üçün bütün zəruri yaşayış şəraitinin yaradılmasına xüsusi diqqət yetirib.
Həmçinin, Rusiya MN başçısı döyüşlərdə qəhrəmanlıq və şücaət göstərən rusiyalı hərbçilərə dövlət mükafatlarını: Rusiya Federasiyası Qəhrəmanının Qızıl Ulduz medalını və “İgidliyə görə” ordenini təqdim edib.