Qazaxıstanın “Beck Air” aviaşirkətinə məxsus qəzaya uğramış təyyarə havaya qalxmamışdan əvvəl iki dəfə quyruğu ilə uçuş-eniş xəttinə ilişib.
Trend bu barədə Almatı beynəlxalq hava limanının mətbuat xidmətinə istinadən məlumat verir.
Qeyd edilir ki, uçuş-eniş xəttinə ilişən təyyarənin gövdəsi sağa doğru əyilib. Həmin anda artıq şassilər yığışdırılmışdı.
Qəzanın təfərrüatlarının araşdırılması üçün Beynəlxalq Aviasiya Komitəsindən mütəxəssislər cəlb olunub.
Xatırladaq ki, Qazaxıstanın "Beck Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 15 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.