Kamçatkada fərdi evdə baş verən yanğında bir qadın və iki uşaq ölüb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Hadisə Milkovo kəndində fərdi yaşayış evində baş verib.
Yanğın zamanı 3 nəfərin meyiti aşkar edilib.
Onlar 63 yaşlı qadın, onun 13 və 9 yaşlı iki uşaqları olub.
Yanğın dəm qazının sızması nəticəsində baş verib.
Faktla bağlı cinayət işi açılıb.