• 12 Avqust 2022
logo
Zelenski beş ölkədəki səfiri vəzifəsindən azad edib

Zelenski beş ölkədəki səfiri vəzifəsindən azad edib

Ukrayna Prezidenti Vladimir Zelenski 5 ölkədəki səfiri vəzifəsindən azad edib.
Zelenski bu gün imzaladığı fərmanla Ukraynanın Gürcüstan, Slovakiya, Portuqaliya, İran İslam Respublikası və Livandakı fövqəladə və səlahiyyətli səfirlərini işdən azad edib.
Zelenski daha əvvəl verdiyi açıqlamasında səmərəsiz fəaliyyət göstərən səfirləri vəzifəsindən azad edəcəyini bəyan edib.