• 19 Aprel 2024
logo
Ukrayna qüvvələri Severodonetskdən geri çəkilməyə hazırlaşır

Ukrayna qüvvələri Severodonetskdən geri çəkilməyə hazırlaşır

Ukrayna qüvvələri Severodonetskdən geri çəkiləcək.
"The Kyiv Independent" xəbər verir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Ukrayna silahlı qüvvələri Siyeverodonetskdən geri çəkilməli olacaq. Onlar bununla bağlı əmr alıb”, – deyə Luqansk vilayətinin rəhbəri bildirib.
"Aylardır amansız şəkildə atəşə tutulan mövqelərdə qalmağın mənası yoxdur. Bütün vacib infrastruktur məhv edilib. Şəhərin 90 faizi dağılıb. Xəyanət şayiələrini yaymayın. Heç kim bizim qoşunlarımızın mühasirəyə alınmasına imkan vermir. İndi vəziyyət elədir ki, sırf orada olmaq xatirinə bu dağıdılmış mövqelərdə qalmağın mənası yoxdur", o deyib.