• 19 Avqust 2022
logo
Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb

Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb

Böyük Britaniyada inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb.
“Sky News“ xəbər verir ki, məlumatı ölkənin Milli Statistika İdarəsi yayıb.
Bildirilib ki, cari ilin may ayında inflyasiya 9,1% təşkil edib ki, bu da ötən 40 il ərzində qeydə alınmış ən yüksək göstəricidir.
Qurumun məlumatında qeyd olunub ki, ötən ay əsasən qida və alkoqolsuz içkilərin qiymətində artım müşahidə edilib.
Britaniyanın maliyyə naziri Rişi Sunak inflyasiyanın aşağı salınması və qiymət artımının qarşısının alınması məqsədi ilə mümkün olan bütün vasitələrdən istifadə edildiyini bəyan edib.
“Biz inflyasiyanı aşağı salmaq və qiymətlərin artması ilə mübarizə aparmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edirik - müstəqil monetar siyasəti, inflyasiya təzyiqini artırmayan məsuliyyətli fiskal siyasət və uzunmüddətli məhsuldarlığımızı artırmaqla daha güclü iqtisadiyyat qura bilərik”, - nazir bildirib.