• 9 Avqust 2022
logo
Zelenskinin ofisi Gürcüstan Baş nazirinə cavab verib

Zelenskinin ofisi Gürcüstan Baş nazirinə cavab verib

Zelenskinin ofisi Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə cavab verib.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
“Heç kim könüllü olaraq rus raketlərindən ölmək üçün növbəyə durmur, cənab Qaribaşvili. Ukrayna Avropa demokratiyasını seçərək dəhşətli bədəl ödəyir. Avropa İttifaqı öz sivilizasiyasını qorumaq üçün yüksək qiymət ödəyir. Dəyərlər mənfəətdən daha vacibdir. Sizin üçün vacib olan nədir? Ərizə növbəsinin nömrəsi?”, - Podolyak vurğulayıb.
Qeyd edək ki, Gürcüstan Baş naziri hökumət iclasında bildirib ki, əgər Aİ-yə namizədlik statusu müharibə ilə müəyyən edilirsə, Gürcüstan müharibə istəmir. O əlavə edib ki, Gürcüstan bu statusa Moldova və ya Ukraynadan daha çox layiqdir.