• 6 Dekabr 2020
logo
İranda hərbi təyyarə qəzaya uğradı

İranda hərbi təyyarə qəzaya uğradı

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Savalan dağında hərbi təyyarə qəzaya uğrayıb.

Bunu İranın Ərdəbil fövqəladə hallar və təcili tibbi yardım idarəsinin direktoru doktor Məcid Məhəmməd Qəribani deyib.

M.M.Qəribaninin sözlərinə görə, Ərdəbil vilayətinin Qırmızı Aypara Cəmiyyətinin vertolyotları və təcili yardım təyyarənin düşdüyü məkanı axtarırlar.

Bildirilir ki, hərbi təyyarə yeni təmir olunaraq sınaq uçuşu keçirirmiş.

Ərdəbil vilayətinin təhlükəsizlik rəsmisi bildirib ki, təyyarənin pilot və sərnişinləri sağdırlar və qəzadan öncə paraşütdən istifadə ediblər.