• 9 Avqust 2022
logo
Aqata qasırğası Kubada insan tələfatına səbəb olub

Aqata qasırğası Kubada insan tələfatına səbəb olub

İntensiv yağışlarla müşayiət olunan Aqata qasırğası Kubanın bir neçə əyalətində həyatı iflic edib.
Təbii fəlakət nəticəsində azı 3 nəfər həlak olub. 2 nəfərin itkin düşdüyü bildirilir. On minlərlə abonentin elektrik təchizatı kəsilib.
Paytaxt Havanada 60 ev çöküb, 500-dək sakin təxliyə edilib. Havana əyalətində 50 000 abonentin elektrik təchizatı kəsilib. Hadisə yerində xilasedicilər işləyir.