• 30 İyun 2022
logo
Kreml Kiyevin ABŞ-dan aldığı raket sistemləri ilə Rusiyaya hücum etməyəcəyinə inanmır

Kreml Kiyevin ABŞ-dan aldığı raket sistemləri ilə Rusiyaya hücum etməyəcəyinə inanmır

Moskva Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevin ABŞ-dan alınacaq reaktiv yaylım atəşi raket sistemlərinin Rusiya ərazisinə hücum etmək üçün istifadə etməyəcəyi barədə sözlərinə inanmır.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Güvənmək üçün həmin vədlərin yerinə yetirildiyi hallarla bağlı təcrübəyə malik olmaq lazımdır. Təəssüf ki, belə bir təcrübə ümumiyyətlə yoxdur", - Peskov vurğulayıb.
Kreml rəsmisinin sözlərinə görə, ABŞ tərəfindən yaylım atəşi raket sistemlərinin tədarükü Ukraynadakı yanğına yağ tökmək deməkdir: “Burada yeni heç nə yoxdur, biz hesab edirik ki, Birləşmiş Ştatlar məqsədyönlü və səylə odun üstünə yağ tökür. Birləşmiş Ştatlar açıq-aydın, həqiqətən də sonuncu ukraynalıya qədər Rusiya ilə savaşmaq xəttinə sadiqdir”.