• 30 İyun 2022
logo
Avropa İttifaqı Kremli küncə sıxışdırıb

Avropa İttifaqı Kremli küncə sıxışdırıb

Altıncı sanksiyalar paketi artıq hazırdır

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonar Kremlə bütün sahələrdə sanksiyalarını genişləndirib. Artıq altıncı sanksiyalar paketi ilə bağlı razılaşdırmalar gündəmdədir.
Xatırladaq ki, Avropanın ilk dörd sanksiya paketi Putinə və onun yaxın ətrafına, dövlət şirkətlərinə və hakimiyyətlə əlaqəli banklara tətbiq edilib. Avropa İttifaqı Rusiya Mərkəzi Bankının ehtiyatlarını dondurub, bu ölkəyə nağd avro və lüks əşya ixracını qadağan edib, amma Rusiyanın neft, qaz və kömüründən vaz keçməyib; üstəlik, ödənişləri sanksiya altında olan banklar vasitəsilə həyata keçirmək imkanı da saxlayıb.
Beşinci paket daha əvvəldən - dördüncü paketin qüvvəyə mindiyi 15 martdan müzakirə olunurdu. Mövcud məhdudiyyətlərin sərtləşdirilməsini və boşluqların aradan qaldırılmasını ehtiva edən yeni paketin bu həftə qəbul olunacağı gözlənirdi. Bu paketdə embarqo nəzərdə tutulmamışdı.
Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi 5-ci sanksiyalar da sərt olub. Beləki sanksiyalar paketində Rusiyadan kömür idxalına ildə 4 milyard avro idxal qadağası tətbiq edilib. Həmçinin Rusiyanın ikinci ən böyük bankı olan “VTB” də daxil olmaqla 4 əsas bankın əməliyyatlarına tam qadağa qoyulub.
Bundan başqa, Rusiyanın sahib olduğu və idarə etdiyi gəmilərin Aİ limanlarına çıxışı qadağan edilib. Rusiyanın daşıyıcı operatorlarına da qadağalar tətbiq olunuv. Rusiyanın texnoloji bazasını hədəf alan əlavə 10 milyard avro dəyərində ixrac qadağası tətbiq edilib.
Həmçinin rusiyalı oliqarxların müxtəlif məhsullara maliyyə axınını dayandırmaq üçün 5,5 milyard avro dəyərində bəzi xüsusi idxal qadağaları tətbiq olunub.
Ukrayna Prezidenti Zelenski bildirib ki, Aİ Rusiya Federasiyasından neft idxalının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasını nəzərdə tutan 6-cı sanksiyalar paketi ilə bağlı razılığa gəlib.
"Nəhayət, bu müharibəyə görə Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiya paketi ilə bağlı konkretliklərimiz var. Paket razılaşdırılıb. Onun təsdiqlənməsi və qüvvəyə minməsi müəyyən vaxt aparacaq. Amma paketin əsas elementləri artıq aydındır və ən əsası onun istiqamətidir”, - Zelenski deyib.
Beləliklə, Prezidentin sözlərinə görə, Avropa ölkələri Rusiyadan neft idxalının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına razılaşıblar.
"Bu razılaşmaya nail olmaq üçün əməyi keçən hər kəsə minnətdaram. Nəticə isə on milyardlarla avro kəsirdir ki, Rusiya bundan sonra terroru maliyyələşdirməyə yönəldə bilməyəcək", - o vurğulayıb.
Onun sözlərinə gprə, ittifaq Rusiyaya qarşı tammiqyaslı hücumu üçün yeddinci sanksiyalar paketinin hazırlanması üzərində işləyəcək.
"Biz həmçinin bu müharibə üçün Rusiyaya qarşı yeni məhdudiyyətlər üzərində işləyəcəyik. Altıncı sanksiyalar paketi qüvvəyə minən kimi dərhal yeddinci paketi hazırlamağa başlayacağıq. Sonda azad dünya ölkələri ilə terror ölkəsi arasında ciddi iqtisadi əlaqələr olmamalıdır”, - dövlət başçısı deyib.
Xatırladaq ki, dünən Avropa İttifaqı Rusiyaya qarşı neftə qismən embarqo, “Sberbank”ın SWIFT-dən ayrılması, üç təbliğat telekanalına qadağa, eləcə də daha 80 şəxsə qarşı sanksiyalarla Rusiyaya qarşı altıncı sanksiyalar paketini razılaşdırıb.
Zelenskinin sözlərinə görə, neft embarqosu Rusiyanı qlobal iqtisadiyyatdan kənarda qoyacaq.
Yeri gəlmişkən, Aİ Şurasının Prezidenti Şarl Mişel deyib ki, Rusiyaya qarşı sanksiyalar iyunun 1-dən tətbiq oluna bilər.
“Altıncı sanksiyalar paketinin qəbuluna gətirib çıxaracaq hüquqi mətnlər hazırlanır və sabah (bu gün-red) açıqlana bilər", - Şarl Mişel vurğulayıb. Mişelin sözlərinə görə, Ukrayna üçün prioritet 22 milyon ton taxıl ixracına kömək etmək üçün dəniz yollarının bağlanmasıdır.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynaya əsassız hücuma görə Rusiyaya qarşı altıncı sanksiyalar paketini elan edib. Buraya həmçinin mərhələli neft embarqosu təklifi də daxildir. O, bu barədə Twitter-də yazıb, UNİAN bildirib. Əsasən Rusiya ordusunun Buçada törətdiyi vəhşiliklərə görə məsuliyyət daşıyanlar Avropa İttifaqının məhdudiyyətləri altına düşüb.
"Bu gün biz altıncı sanksiyalar paketini təqdim edirik. Birincisi, biz Buçada hərbi cinayətlər törətmiş yüksək rütbəli hərbçiləri və digər şəxsləri daxil erdik. Sizin kim olduğunuzu bilirik. Və siz məsuliyyətə cəlb olunacaqsınız", - Avropa Komissiyasının prezidenti bildirib.
Bundan əlavə, Rusiyanın bir sıra maliyyə qurumları, eləcə də Rusiyanın təbliğatçıları sanksiyalara məruz qalıblar.
"İkincisi, biz Rusiyanın ən böyük bankı olan “Sberbank”a və iki digər böyük banka məhdudiyyət tətbiq edirik. Üçüncüsü, Putinin yalanlarını və təbliğatını aqressiv şəkildə yayan üç böyük dövlət yayımçısının bizim efirə çıxışını qadağan edirik. Nəhayət, Rusiya neftini qadağan etməyi təklif edirik. Birbaşa deyək: bu, asan olmayacaq. Amma biz bunun üzərində işləməliyik”, - fon der Lyayen deyib. O qeyd edib ki, Avropa İttifaqı Ukraynanın Rusiyaya qalib gəlməsini istəyir. "Məhz buna görə də mən ukraynalı dostlarımız üçün miqyaslı bərpa paketi üzərində işə başlamağı təklif edirəm. Bu paket ehtiyacların ödənilməsi və lazımi islahatların həyata keçirilməsi üçün böyük investisiyalar gətirməlidir", - fon der Lyayen əlavə edib.
Bu arada İspaniyanın Baş naziri Pedro Sançes deyib ki, Rusiya ordusu Ukraynada olduğu müddətdə sanksiyalar qüvvədə qalmalıdır". Sançes, həmçinin Rusiyaya qarşı sərt tədbirləri diplomatiya ilə birləşdirməyə çağırıb. “Biz sərt reaksiya verməliyik, lakin eyni zamanda diplomatiyaya yer verməliyik, çünki bu, bizə təcavüzə son qoymağa imkan yaradacaq. Bütün müharibələr diplomatik həll yolu tapılanda sona çatır”, - hökumət başçısı qeyd edib.
Fransa prezidenti Makron isə Putinə blokadada olan Ukrayna limanlarından taxılın buraxılması ilə bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə layihəsi hazırlamağı təklif edib. Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketinin qəbulundan sonra yaxın həftələrdə əlavə sanksiyalar baxımından heç nəyi istisna etmək olmaz.
Brüsseldə keçirilən Aİ sammitindən sonra jurnalistlərə açıqlama verən Makron Ukraynadan daha çox ərzaq ixracını təmin etmək üçün yaxın günlərdə və həftələrdə Rusiya ilə razılığın əldə olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Rusiya və Türkiyə prezidentləri arasında məsələ ilə bağlı son danışıqlar “müsbət nəticələrə” gətirib çıxarıb.
"Ümid edirəm ki, yaxın bir neçə gün və ya həftələrdə bu vəziyyəti həll etmək mümkün olacaq" – deyə, Fransa prezidenti əlavə edib. Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Olaf Şoltsla son söhbəti zamanı Makron deyib ki, o, Putinə Ukraynanın blokadadakı limanlarından taxılın azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini hazırlamağı təklif edib.
“Ukraynalılara təhlükəsizlik zəmanəti verilməlidir ki, onların gəmiləri hücuma məruz qalmasın,” Makron bildirib. “İndi biz bu məsələ ilə bağlı Rusiyanın cavabını gözləyirik və BMT-nin baş katibi ilə əlaqə saxlayırıq,” Fransa prezidenti əlavə edib.
Onu da qeyd edək ki, Aİ ilin sonunadək Rusiya neftinin idxalını azaldacaq. Avropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiya neftinin idxalını 92 % azaldacaq. Buna neft embarqosu kömək edəcək.
TF1 xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Fransa Prezidentinin sözlərinə görə, Aİ Rusiyaya qarşı 80-dən çox fiziki şəxs, üç telekanal və “Sberbank”ın daxil olduğu altıncı sanksiyalar paketi üzrə razılığa gələ bilib. O, həmçinin 2022-ci ilin sonuna qədər tədarükü 92 % azaldacaq neft embarqosunun tətbiqini alqışlayıb. Dövlət başçısının sözlərinə görə, bu, Avropa iqtisadiyyatını əsaslı şəkildə dəyişəcək struktur qərardır. Xatırladaq ki, bu gün Avropa İttifaqı Rusiya neftinə embarqoya razılaşsa da, boru kəmərləri vasitəsilə tədarükün məhdudlaşdırılmasına qarşı çıxan Macarıstanı məhdudiyyətlərdən azad edib.
Cavid