• 30 İyun 2022
logo
ABŞ Ukraynaya HIMARS raket sistemləri göndərəcək

ABŞ Ukraynaya HIMARS raket sistemləri göndərəcək

ABŞ Ukraynaya HIMARS raket sistemləri göndərəcək.
Bu barədə məlumatı CNN-ə ABŞ administrasiyasının rəsmisi təsdiqləyib.
Bildirilib ki, ABŞ istehsalı olan sistemin 11-ci təhlükəsizlik yardımı paketi çərçivəsində Ukraynaya göndərilməsi nəzərdə tutulub.
Rəsminin sözlərinə görə, Ukraynaya göndəriləcək HIMARS sistemi maksimum uçuş məsafəsi 80 kilometr olan raketlərlə təchiz ediləcək. Bu, ABŞ-ın Ukraynaya göndərəcəyi ən uzunmənzilli silah sistemi olacaq.