• 28 İyun 2022
logo
Ukrayna Silahlı Qüvvələri: Rusiya 30 minə qədər canlı qüvvə itirib

Ukrayna Silahlı Qüvvələri: Rusiya 30 minə qədər canlı qüvvə itirib

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1330 tankı, 3258 zirehli döyüş maşını, 628 artilleriya sistemi, 203 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 207 hərbi təyyarəsi, 174 helikopteri, 2226 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 503 dronu, 48 xüsusi avadanlığı, 116 qanadlı raketi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 30 minə qədər canlı qüvvə itirdiyini bəyan edib.