• 29 Mart 2024
logo
Polşa XİN başçısı: “İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi aylar çəkə bilər"

Polşa XİN başçısı: “İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi aylar çəkə bilər"

İsveç və Finlandiyanın NATO-ya daxil olması təşkilatın güclənməsi üçün şərtdir. Onların bu təşkilata qatılmaqlarını müsbət məqam sayıram.
Bu barədə Polşa xarici işlər naziri Zbiqnev Rau İstanbulda türkiyəli və rumıniyalı həmkarları ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bunu Avropanın təhlükəsizliyi tələb edir, amma bu addım Türkiyə də daxil olmaqla, NATO müttəfiqlərinin xeyrinə olmalıdır.
Onun sözlərinə görə, bu iki ölkənin NATO-ya üzvlük prosesi aylarla davam edə bilər.