• 29 Mart 2024
logo
Rusiya MN Ukraynanın ötən sutka ərzindəki itkilərini açıqlayıb

Rusiya MN Ukraynanın ötən sutka ərzindəki itkilərini açıqlayıb

Ötən sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus bir MiQ-29 qırıcısını, səkkiz pilotsuz uçuş aparatını vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri Odessa vilayətinin Belyar yaşayış məntəqəsi ərazisi üzərində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 1 ədəd MİQ-29 təyyarəsini vurub. Bundan başqa, Xarkov vilayətinin Liptsı, Balakleya, Malye Proxodı, Qlubokoye, Qlinskoye yaşayış məntəqələrinin ərazilərində, “DXR”-in Yampol, Maslyakovka, Vasilyevka yaşayış məntəqələri ərazilərində Ukraynanın səkkiz pilotsuz uçuş aparatı məhv edilib. Həmçinin “LXR”in Svatovo vilayətində bir “Toçka-U” ballistik raketi vurulub”, - deyə Rusiya MN sözçüsü qeyd edib.
Konaşenkov Ukraynada müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 180 təyyarə, 127 helikopter, 1027 pilotsuz uçuş aparatı, 324 zenit-raket kompleksi, 3281 tank və digər zirehli döyüş maşını, 438 reaktiv yaylım atəşi sistemi, 1693 səhra artilleriyası və minaatan, o cümlədən 3218 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.