• 17 Aprel 2024
logo
Arestoviç: "Ukrayna üçün cəbhədəki vəziyyət dəhşətlidir"

Arestoviç: "Ukrayna üçün cəbhədəki vəziyyət dəhşətlidir"

Cəbhədəki hazırkı vəziyyət Ukrayna ordusu üçün dəhşətlidir.
Bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Arestoviç deyib.
O bildirib ki, Ukrayna qoşunlarının hücumu dəf etmək üçün lazım olan silahları olmadığından Rusiya sıxışdırmağa davam edir.
“Biz əraziləri tamamilə itirməsək də Rusiya ordusun müqavimət imkanarımız məhdudur. Cəbhədə təzyiq hər gün artacaq. Burada vəziyyət bizim üçün dəhşətlidir”, – deyə Arestoviç vurğulayıb.
Prezident Aparatının nümayəndəsinin sözlərinə görə, bu gün ruslar Ukrayna qoşunlarını uzaqmənzilli silahlarla vurur.