• 25 İyun 2022
logo
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1315 tankı, 3235 zirehli döyüş maşını, 617 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 206 hərbi təyyarəsi, 170 helikopteri, 2225 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 502 dronu, 47 xüsusi avadanlığı, 114 qanadlı raketi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 29 600-ə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.