• 28 İyun 2022
logo
Britaniya kəşfiyyatı: Ukrayna limanlarının bağlı qalması əsas qidalar üzrə qiyməti artıracaq

Britaniya kəşfiyyatı: Ukrayna limanlarının bağlı qalması əsas qidalar üzrə qiyməti artıracaq

Müharibə başlayandan Odessada heç bir nəzərəçarpan ticarət gəmiçiliyi fəaliyyəti olmayıb.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiyanın Qara dəmizin önəmli limanlarını bloklaması bölgədə kommersiya dənizçiliyi fəaliyyətinə mane olur.
Əlavə olunub ki, Ukraynanın quru yolu ilə ixrac mexanizmləri Rusiya tərəfindən bloklanmış dəniz yolu ilə ixrac imkanlarını əvəzləyə bilmir və nəticə olaraq ixracı mümkün olmayan nəzərəçarpan miqdarda Ukrayna taxılı anbarlarda qalır.
Qeyd olunub ki, Ukraynadakı döyüşlər artıq qlobal taxıl qiymətlərini təzyiq altında qoymağa başlayıb və Rusiyanın Ukrayna limanlarını bağlı saxladığı müddətcə tədarük çatışmazlığı bir çox əsas qidalar üzrə qiymətləri daha da artıracaq.