İranda binanın çökməsi nəticəsində ölənlərin sayı artır.
İRNA xəbər verir ki, ölənlərin sayı 10-a çatıb, daha 39 nəfər yaralanıb.
O da bildirilir ki, hadisə ilə bağlı 10 nəfər saxlanılıb.
Qeyd edək ki, mayın 23-də Xuzestan əyalətinin Abadan şəhərində tikilməkdə olan 10 mərtəbəli ticarət mərkəzinin binasının bir hissəsi çöküb.
***
23 may saat 20.18
İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
İndiyədək 29 nəfərin yaralandığı təsdiqlənib.
Yaralılar xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.
Axtarışlar davam etdirilir.
***
Saat 15:57
***
İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.
“Tasnim” xəbər verir ki, ölənlərin sayı 3 nəfərə çatıb, 24 nəfər isə xəsarət alıb.
***
14:28
İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli bina çöküb.
“Tasnim” xəbər verir ki, hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Çökən binanın ətrafındakı ərazilərdən sakinlərin təxliyəsi aparılır.
Vilayət qubernatoru ölən və yaralananların sayının daha çox ola biləcəyini qeyd edib.