• 20 Yanvar 2025
logo
Kuleba tərəfdaşları silahların çatdırılmasını sürətləndirməyə çağırıb

Kuleba tərəfdaşları silahların çatdırılmasını sürətləndirməyə çağırıb

Rusiyanın Donbasa hücumu İkinci Dünya müharibəsindən bəri Avropa torpaqlarında baş verən ən böyük döyüşdür.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
O deyib ki, Ukraynanın ehtiyac duyduğu bütün silahlara sahib olduğu qənaətinə gəlmək hələ tezdir.
“Rusiyanın Donbasda hücumu amansız və İkinci Dünya müharibəsindən bəri Avropa torpaqlarında baş verən ən böyük döyüşdür. Mən tərəfdaşları Ukraynaya silah və sursatların, xüsusən də MLRS, uzaq mənzilli artilleriya və zirehli transportyorların çatdırılmasını sürətləndirməyə çağırıram”, - Ukrayna XİN rəhbəri qeyd edib.