• 25 İyun 2022
logo
Britaniya kəşfiyatı: Rusiya Severodonetsk və Lisiçanskı mühasirəyə almağa çalışır

Britaniya kəşfiyatı: Rusiya Severodonetsk və Lisiçanskı mühasirəyə almağa çalışır

Rusiya Severodonetsk və Lisiçanskı mühasirəyə almağa çalışdığı üçün Donbasdakı əməliyyatlarının intensivliyini artırıb.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.
Bildirilib ki, hazırda bu əməliyyatın şimal və cənub cinahları Ukraynanın nəzarətində olan təxminən 25 kilometrlik ərazi ilə ayrılıb.
Qeyd olunub ki, cəbhədə effektiv komanda və idarəetməyə malik Ukrayna qüvvələri Rusiya qoşunlarına qarşı güclü müqavimət göstəriblər.
"Lakin, Rusiya artilleriya bölmələrinin konsentrasiyası sayəsində bəzi lokal uğurlar əldə ediblər", - deyə məlumatda bildirilib.
Əlavə olunub ki, Rusiyanın Severodonetski ələ keçirməsi bütün Luqansk vilayətinin Rusiyanın işğalı altına düşməsi ilə nəticələnə bilər.
Qeyd olunub ki, Rusiya qüvvələri Donbasda daha da irəliləyəcəyi təqdirdə kommunikasiya xətləri daha da genişləndirəcək və bu səbəbdən onun qüvvələri əlavə logistika çətinlikləri ilə üzləşəcəklər.