• 7 Oktyabr 2024
logo
Rusiya MN: Ukraynanın 11 pilotsuz uçuş aparatı vurulub

Rusiya MN: Ukraynanın 11 pilotsuz uçuş aparatı vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukraynanın 11 pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Rusiyanın hava hücumundan müdafiə sistemləri gün ərzində Donetskin Kuraxovo, Quselskoe, Luqanskın Popasnaya, Xerson vilayətinin Çernobaevka, Ruska Lozovaya, Xarkov vilayətinin Kazaçya Lopan, Nizşee, Malaya Kamışevaxa və Petrivske yaşayış məntəqələri ərazilərində havada Ukraynaya məxsus 11 PUA-nı vurub.
Bundan əlavə, Xarkov vilayətinin Kamenka və Bukino yaşayış məntəqələri ərazilərində “Smerç” reaktiv yaylım atəş sisteminin iki raketi vurulub ”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkilər barədə məlumatı da açıqlayıb: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 174 təyyarə, 125 helikopter, 977 PUA, 317 zenit-raket kompleksi, 3198 tank və digər zirehli döyüş texnikası, 408 reaktiv yaylım atəşi sistemi, 1622 səhra artilleriya və minaatan, o cümlədən 3077 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".