• 25 Aprel 2024
logo
Putin Ərdoğanın bu təklifini rədd etdi

Putin Ərdoğanın bu təklifini rədd etdi - Poroşenko

Ərdoğan Ukrayna əsgərlərini müharibənin sonuna qədər Türkiyədə saxlamağı təklif edib. Putin isə Ərdoğanın təklifini rədd etdi.

Bunu Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko Türkiyənin CNN telekanalına açıqlamasında deyib.

“Rusiya torpaqlarımıza girdi. Mülki əhali öldürüldü. Ukrayna əsgərləri öz şəhərlərini, torpaqlarını, xalqını müdafiə etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və komandasına təşəkkür edirik. Çünki o, Ukrayna əsgərlərini müharibənin sonuna qədər Türkiyədə saxlamağı təklif edib. Putin isə Ərdoğanın təklifini rədd etdi. Bu qəbuledilməzdir. Xeyli sayda dinc sakin həlak olub. Buçadan sonra Mariupolda da qətliamlar törədildi”, - sabiq prezident bildirib.