• 26 Aprel 2024
logo
Bayden Seulda Ukraynaya 40 milyard dollarlıq yardım paketini imzalayıb

Bayden Seulda Ukraynaya 40 milyard dollarlıq yardım paketini imzalayıb

ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollarlıq yardım paketini imzalayıb.
Məlumatı Ağ Ev təsdiqləyib.
Xəbərə görə, qanun layihəsi Prezident Co Bayden Vaşinqtondan Cənubi Koreyaya yola düşdükdən bir neçə saat sonra Senatda qəbul edildiyindən, imzalanması üçün təyyarə ilə Seula göndərilib.
Co Baydenin yardım paketini şənbə günü səhər saatlarında kameralardan kənar imzaladığı bildirilib.