• 28 İyun 2022
logo
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi itkilərini açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1 278 tankı, 3 116 zirehli döyüş maşını, 596 artilleriya sistemi, 201 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 204 hərbi təyyarəsi, 169 helikopteri, 2 178 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 462 dronu, 43 xüsusi avadanlığı, 104 qanadlı raketi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 28 850-ə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.