• 27 Aprel 2024
logo
Şoyqu: “Azovstal” zavodunda indiyə qədər 1908 döyüşçü silahını yerə qoyub”

Şoyqu: “Azovstal” zavodunda indiyə qədər 1908 döyüşçü silahını yerə qoyub”

Mariupoldakı "Azovstal" zavodunda mühasirədə olan 1900-dən çox ukraynalı silahlı artıq təslim olub.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.
"Azovstal" zavodunun mühasirəsi davam edir. Ukrayna millətçiləri tərəfindən orada saxlanılan mülki şəxslər zavodun ərazisindən təxliyə edilib. 85-i qadın, 47-si uşaq olmaqla 177 nəfər xilas edilib. Hər kəsə ixtisaslı tibbi və psixoloji yardım göstərilib. Zavodda mühasirədə qalan millətçilər təslim olmağa başlayıb. İndiyə kimi 1908 nəfər silahlarını yerə qoyub”, - deyə Şoyqu vurğulayıb.
O, daha əvvəl 1387 Ukrayna dəniz piyadasının silahı yerə qoyaraq təslim olduğunu xatırladıb.