• 20 Aprel 2024
logo
Şoyqu: “Rusiyanın qərb sərhədlərində hərbi təhdidlər artır”

Şoyqu: “Rusiyanın qərb sərhədlərində hərbi təhdidlər artır”

Rusiya sərhədləri yaxınlığında qərb strateji istiqamətdə vəziyyət hərbi təhdidlərin artması ilə xarakterizə olunur.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu MN-nin kollegiya iclasında bildirib.
"Son səkkiz ildə ABŞ-ın strateji bombardmançı təyyarələrinin Avropada uçuşlarının intensivliyi 15 dəfə (ildə 3-dən 45-ə) artıb. İdarə olunan raket silahları ilə təchiz olunmuş Amerika gəmilərinin Baltik dənizinə səfərləri sistemli xarakter alıb”, - deyə Rusiya müdafiə naziri vurğulayıb.
Şoyqu Rusiyanın qərb sərhədləri yaxınlığındakı təhdidlərə cavab vermək üçün 2022-ci ilin sonuna qədər Qərb Hərbi Dairəsində 12 yeni hərbi hissə və bölmənin yaradılacağını söyləyib.