• 28 İyun 2022
logo
Rusiya XİN: İsveç və Finlandiyanın NATO-ya qoşulması Arktikada əməkdaşlığı dəyişəcək

Rusiya XİN: İsveç və Finlandiyanın NATO-ya qoşulması Arktikada əməkdaşlığı dəyişəcək

İsveç və Finlandiyanın NATO-ya qoşulması məsələsi Arktikada əməkdaşlığın inkişafına düzəlişlər edə bilər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Arktika Şurasının yüksək vəzifəli şəxslər komitəsinin sədri Nikolay Korçunov bildirib.
"Eyni zamanda, biz həm də açıq şəkildə başa düşməliyik ki, ölkələrin hərbi-siyasi statusunun dəyişməsi, əlbəttə ki, yüksək əməkdaşlığın inkişafında müəyyən korrektələr edə bilər. Onların necə olacağını zaman göstərəcək. Məsələ Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulub-qoşulmayacağı, o cümlədən Arktika ölkələri, ictimai institutlar arasında etimadın yaradılmasına necə kömək edəcəyi baxımından nəzərdən keçirilməlidir”, - deyə rusiyalı diplomat vurğulayıb.