• 29 Mart 2024
logo
ABŞ və İslam Əməkdaşlıq Təşkilatı arasında Strateji Dialoqun əsası qoyulur

ABŞ və İslam Əməkdaşlıq Təşkilatı arasında Strateji Dialoqun əsası qoyulur

ABŞ Dövlət katibi Entoni Blinken İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hisseyn Brahim Taha ilə görüşəcək.
Bu barədə ABŞ Dövlət Departamentin sözçüsü Ned Prays bildirib.
Onun sözlərinə görə, görüş İƏT Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri çərçivəsində mayın 25-də baş tutacaq.
Görüşdə qlobal problemlər, ekstremizmlə mübarizə, iqlim dəyişikliyi, qadınların səlahiyyətləndirilməsi və s. məsələlər müzakirə olunacaq.
Ned Prays deyib ki, bu səfər çərçivəsində mayın 23-də ABŞ və İƏT arasında Strateji Dialoqun əsası qoyulacaq.
Dövlət Departamentinin sözçüsü qeyd edib ki, ABŞ-ın İƏT və ona üzv ölkələr arasında yaxşı münasibətləri var: “Bu Dialoqun yaradılması münasibətlərin daha da güclənməsi üçün vacibdir”.
O əlavə edib ki, ABŞ-ı Strateji Dialoqda Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Yael Lempert təmsil edəcək.