• 27 Aprel 2024
logo
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirib.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, iclas iştirakçıları təhlükəsizlik sahəsi ilə bağlı cari məsələləri müzakirə edib.
Təhlükəsizlik Şurasının iclasında Ermənistan Prezidenti, Ermənistan parlamentinin sədri, müdafiə nazirinin müavini və hökumət Aparatının rəhbəri Araik Arutyunyan da iştirak edib.