• 7 Oktyabr 2024
logo
XİN başçısı: “Avstriya neytral statusunu qoruyacaq”

XİN başçısı: “Avstriya neytral statusunu qoruyacaq”

Avstriya neytral statusunu qoruyacaq.
"Reuters" xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Almaniya radiosu "Deutschlandfunk"a deyib.
O qeyd edib ki, Avropa İttifaqının (Aİ) üzvləri İsveç və Finlandiya Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda, NATO üzvlüyünə müraciət etmək üçün onilliklər boyu davam edən xarici siyasət mövqelərini yenidən nəzərdən keçirsələr də, Avstriya neytral statusunu qoruyacaq.
“Bizim üçün vəziyyət bir az fərqlidir. Avstriyada neytrallığa ictimai dəstək güclüdür”, - o bildirib.
Təbii qazın 80 faizini Rusiyadan alan Avstriyanın XİN rəhbəri qeyd edib ki, onun ölkəsi Ukraynaya öldürücü silahlardansa daha çox humanitar yardım göstərməyə davam edəcək: “Biz geniş miqyasda kömək edirik, lakin döyüş sursatları ilə deyil. Mən hesab edirəm ki, Ukraynaya yardım yalnız döyüş sursatı səviyyəsində ola bilməz”.