• 11 Oktyabr 2024
logo
İki gün ərzində “Azov” alayının 1000-ə yaxın silahlısı təslim olub

İki gün ərzində “Azov” alayının 1000-ə yaxın silahlısı təslim olub

Mayın 16-dan indiyədək Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olan Ukraynanın “Azov” milli alayının 959 silahlısı təslim olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
O, mayın 16-dan bəri ümumilikdə 959 silahlının təslim olduğunu, onlardan 80 nəfərinin yaralı olduğunu vurğulayıb.
Rusiya MN sözçüsü yaralılardan xəstəxanada müalicəyə ehtiyacı olan 51 nəfərin Donetskdəki Novoazovsk xəstəxanasına yerləşdirildiyini qeyd edib.