• 19 Aprel 2024
logo
Şolts: "NATO iki dəyərli müttəfiq qazanır"

Şolts: "NATO iki dəyərli müttəfiq qazanır"

“İsveç və Finlandiya ilə biz ittifaqı gücləndirəcək iki dəyərli müttəfiq qazanırıq”.
Bunu Almaniya Kansleri Olaf Şolts "Twitter"də bildirib.
Almaniya Kansleri İsveç və Finlandiya hökumətlərinin NATO-ya üzvlük müraciətlərini tarixi addım adlandırıb: “Biz Finlandiya və İsveçin NATO-ya üzv olmaq barədə suveren qərarını alqışlayırıq. Biz ittifaqı gücləndirəcək iki dəyərli tərəfdaş qazanırıq. Biz üzvlük prosesinin sürətlə tamamlanmasını dəstəkləyirik”.
Olaf Şolts NATO-nun müdafiə ittifaqı olduğunu vurğulayıb: “NATO heç kimə qarşı yönəlmir, lakin bütün müttəfiqlər üçün müdafiə və təhlükəsizlik təmin edir. Finlandiya və İsveçi tezliklə bizim müttəfiq kimi səbirsizliklə gözləyirik”.