• 17 Aprel 2025
logo
Əlcəzairin yeni prezidenti and içdi

Əlcəzairin yeni prezidenti and içdi

Əlcəzairin yeni prezidenti Əbdülməcid Tebbun and içib.

Trend-in məlumatına görə, andiçmə mərasiminə Əlcəzair dövlət rəsmiləri qatılıb.

Ə.Tebbun prezident seçkilərinin birinci turunda 58,13 faiz səs toplayaraq qalib gəlib. Bu həftənin əvvəlində Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyib.

Əbdülməcid Tebbun 2017-ci ildə ölkənin baş naziri olub.