• 26 İyun 2022
logo
“Azovstal”dan çıxarılan yaralı ukraynalı hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək

“Azovstal”dan çıxarılan yaralı ukraynalı hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək

Mariupolda “Azovstal” polad kombinatından təxliyə edilən ağır yaralı ukraynalı hərbçilər rusiyalı müharibə əsirləri ilə mübadilə ediləcək.
Bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Telegram” hesabında paylaşımında qeyd edib.
O bildirib ki, ötən gün həyatlarının xilas edilməsi məqsədi ilə kombinatdan ağır yaralı halda 52 ukraynalı hərbçi təxliyə edilib. İrina Vereşçuk əlavə edib ki, onların vəziyyəti stabilləşdikdən sonra rusiyalı müharibə əsirləri ilə mübadilə ediləcəklər.
“Biz humanitar əməliyyatın növbəti mərhələləri üzərində çalışırıq”, - Vereşçuk vurğulayıb.