• 25 Aprel 2024
logo
İrəvanda aksiyada 91 nəfər saxlanılıb

İrəvanda aksiyada 91 nəfər saxlanılıb

Ermənistanın paytaxtı İrəvanda müxalifətin hökumət əleyhinə aksiyası zamanı 91 nəfər saxlanılıb.
“Armenpress” xəbər verir ki, vətəndaş itaətsizliyi kimi təqdim olunan və “Müqavimət hərəkatı” adı altında təşkil edilən nümayişlər paytaxtın müxtəlif küçələrində təşkil edilib.
Polisin məlumatına görə etirazçılar şəhərin müxtəlif küçələrini bloklayaraq nəqliyyatın hərəkətinə mane olmağa çalışıblar.