• 4 Oktyabr 2024
logo
"Azovstal" müdafiəçilərinin qohumları Ərdoğana müraciət edib

"Azovstal" müdafiəçilərinin qohumları Ərdoğana müraciət edib

"Azovstal" müdafiəçilərinin həyat yoldaşları və anaları Türkiyə xalqına və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mühasirədə qalanların xilası üçün müraciət ediblər.
İstanbulda baş tutan mətbuat konfransında "Azovstal" müdafiəçilərinin yaxınları bu çağırışla çıxış ediblər.
"Azovstal"da olan 36-cı briqadanın kapitanın həyat yoldaşı bildirib ki, Türkiyə müharibə günlərində Ukrayna xalqına yardım edib və xalq bunu yüksək qiymətləndirir: "Biz Türkiyə hökumətinə və xalqına təşəkkür edirik, sizin yardımınız vaxtında gəlir, hansı ki Ukrayna xalqının buna ehtiyacı var. Bu gün Türkiyə xalqına və prezidentinə müraciət edirik.
Həmçinin Çin liderinə müraciət edirik. Çünki digər şəxslərin heç birinin təsiri olmadı. Qohumlarımız çətin vəziyyətdədir, orada onlar mühasirədə-cəhənnəm içindədirlər, çox sayda yaralı var və onlara heç bir yardım yoxdur".
"Azov" batalyonunda xidmət edən hərbçinin anası isə çıxışında bildirib ki, onun oğlu artıq 8 ildir hərbçidir: "Mənim oğlum 2014-cü ildən hərbdədir. Bizim evimiz Donetskdə idi, bu ərazilər işğal edildi. Sonra oğlum müharibəyə qoşuldu, o, 8 ildir vətənimiz üçün savaşır.
Oradakı hərbçilər ağır vəziyyətdədir. Bizim uşaqlarımız əsgərdirlər, onlar vətəni qorumaq məcburiyyətindədir. Amma onlara qarşı beynəlxalq konvensiyalarda qadağan olunan silahlardan istifadə olunur. Onlar 80 gündür müqavimət göstərir və bu 80 gündə mən hər gün ölürəm. Uşaqlarımızın sağ olaraq geri qayıtması üçün bir daha müraciət edirəm, Türkiyə bizim üçün qardaş ölkədir, Türkiyənin bizə daimi dəstəyinə əsaslanaraq çağırış edirəm, cənab Prezident Ərdoğan, uşaqlarımızı xilas edin. Biz hələ ki sağ olan övladlarımızı qucaqlamaq istəyirik".