• 27 İyun 2022
logo
Putin: “Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur”

Putin: “Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur”

NATO-nun genişlənməsi problemdir, hansı ki, mənim fikrimcə, bu süni olaraq yaradılır.
Bunu Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin dövlət başçılaırnın sammitində çıxışında bildirib.
Putin, bunun ABŞ-ın xarici siyasət maraqları çərçivəsində edildiyini söyləyib: “NATO-nun genişlənməsi xarici siyasətdə alət kimi istifadə olunur. Bütün bunlar təhlükəsizlik sahəsində sadə olmayan beynəlxalq vəziyyəti dərinləşdirir. O ki qaldı şimal alyansının yeni üzvlər - Finlandiya və İsveçin hesabına genişlənməsi, məlumat verim ki, Rusiyanın bu dövlətlərlə heç bir problemi yoxdur. Ona görə də, bu mənada bu ölkələrin hesabına NATO-nun genişlənməsi Rusiya üçün təhdid yaratmır. Lakin bu ərazilərdə hərbi infrastrukturun genişlənməsi isə sözsüz ki, bizi cavab tədbirləri görməyə çağırır. Bu cavab tədbirlər necə olacaq, biz bizim üçün yaradılacaq təhdidlərdən çıxış edərək cavab verəcəyik. Problem boş yerə yaradılır. Biz buna müvafiq şəkildə reaksiya verəcəyik”.